AZ

İnzagidən A seriyasında rekord - 200-cü qələbə

"İnter"in baş məşqçisi Simone İnzagi A Seriyasının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, Milan klubu onun rəhbərliyi İtaliya çempionatlarında 200-cü qələbəsini qazanıb.

48 yaşlı mütəxəssis bu uğura 332 matçda nail olub. İnzagi bu nəticə ilə Massimilano Alleqrinin (338 oyun) göstəricisinə geridə qoyaraq, yeni rekordçu olub.

Qeyd edək ki, "İnter" A Seriyasının 22-ci turunda səfərdə "Leççe"yə 4:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
4
idman.biz

1Mənbələr