Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşıolan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə,muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq,terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilənRuben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-dədavam etdirilib.
Hazırlıq iclasında Ruben Vardanyanın və onun vəkilininvəsatətlərinə baxılıb.
Təqsirləndirilən şəxs vəsatətlərini sadalayarkən cinayət işininmaterialları ilə ətraflı tanış ola bilmədiyini və müdafiəsinəsəmərəli hazırlaşmaq üçün əlavə 30 iş günü vaxt verilməsiniməhkəmədən xahiş edib.
“Özümü hüquqi baxımdan müdafiə etməyə hazır olmaq istəyirəm”, -deyə o əlavə edib.
R.Vardanyanın vəkili Avraam Berman iş materialları ilə tanışolmaq üçün yenidən əlavə vaxt verilməsini, habelə təqsirləndirilənşəxsin öz müdafiəsini səmərəli təşkil etməsi üçün hüquqədəbiyyatlarına çıxış imkanı yaradılmasını xahiş edib.
Bundan sonra ittiham tərəfi vəsatətlərə münasibət bildirib.
Dövlət ittihamını müdafiə edən prokuror prosessual qənaətprinsipindən çıxış edərək, təqsirləndirilən şəxsə bu günə qədər işmaterialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verildiyini, ocümlədən ötən prosesdə təqsirləndirilən şəxsin vəsatəti əsasındaistintaq materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxtverildiyini xatırladıb və məhkəmə hazırlıq iclasının müddətininlüzumsuz uzadılmasına qarşı çıxıb.