Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi üçün razılaşıblar.
Axar.az xəbər verir ki, bu barədə AB-nin baş diplomatı Kaya Kallas məlumat verib.
O bildirib ki, sanksiyaların ləğvi üçün "yol xəritəsi" müəyyən edilib.
Qeyd edək ki, daha öncə Kallas yanvarın 27-də Suriya ilə bağlı ilk qərarların veriləcəyi barədə məlumat verib.