Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az saytının suallarını cavablandırıb. Əli Hüseynli ilə müsahibəni təqdim edirik:
- Əli müəllim, 2025-ci il “Konstitusiya və suverenlik ili” elan edilib. Bu il belə bir qərarın verilməsi nədən irəli gəlib?
- Niyə məhz bu ilin “Konstitusiya və suverenlik ili” elan edildiyi cənab Prezidentin sərəncamında açıqlanıb. Çünki 2023-cü ildəki antiterror əməliyyatından sonra Konstitusiyamız bütün ərazilərdə tətbiq edilməyə başlanıb. Yəni hüquqi baxımdan suverenliyimiz bütün ərazilərimizdə bərpa olunub. Bu ilin “Konstitusiya və suverenlik ili” elan olunmasının səbəbi Vətən müharibəsində əldə etdiyimiz qələbə və sonrakı mərhələdə suverenliyimizin tam bərpa olunmasıdır.
- Bu il hansısa Konstitusiya dəyişikliyi ilə bağlı referendum gözlənilirmi?
- Mediada bununla bağlı müxtəlif fikirlər görürəm. Hətta referendumun keçiriləcəyi ilə bağlı proqnozlar da verilir. Mən bunların heç birini ciddi qəbul etmirəm. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi onu deyə bilərəm ki, “Konstitusiya və suverenlik ili” 5 illik qələbəmizin və 30 illik Konstitusiyamızın yubileyi ilə bağlıdır. Cənab Prezident tərəfindən Prezident Administrasiyasına tapşırıq verilib ki, bir ay ərzində tədbirlər planı hazırlasın. Söhbət Konstitusiya ilindən, yubileyindən gedir. Biz bu il keçdiyimiz yola, Konstitusiyamızın inkişafınaqiymət verir, yubiley illərini qeyd edirik. Konstitusiyaya hansısa bir dəyişikliklə bağlı referendum barədə mənim proqnozum yoxdur.
- Sizcə, Konstitusiyada hansısa dəyişikliklərə ehtiyac varmı?
- Azərbaycanda zaman-zaman Konstitusiya dəyişib. İlk müstəqillik aktı AXC dövründə qəbul edilib. Növbəti mərhələdə nə qədər paradoksal görünsə də, müstəqil Azərbaycan Sosialist Respublikasının 1921-ci ildə Konstitusiyası qəbul edilib. Həmin dövrdə hələ Azərbaycan SSRİ-nin tərkibində olmayıb. Sosialist respublika olsa da, Azərbaycan özünün Konstitusiyasını qəbul edib. 37-ci ildə və 78-ci ildə də yeni konstitusiyalar hazırlanıb. Müstəqillik bərpa edildikdən sonra da ilk illər elə 1978-ci ilin Konstitusiyası ilə işləmişik. O Konstitusiya mükəmməl hazırlanmışdı. Heydər Əliyev dövründə ora dövlət dilinin Azərbaycan dili olması və digər maddələr də əlavə edilib. 1991-ci ildə müstəqillik aktı qəbul ediləndə sənəddə hüquqi və dövlətçiliklə bağlı müddəalar öz əksini tapıb.
Amma 1991-ci illə bağlı bir haşiyə çıxmaq istəyirəm: bu hadisə bizim üçün qeyri-adi olmamalıdır. SSRİ-nin dağılması nəticəsində bütün postsovet respublikaları müstəqillik aktı qəbul edirdi. Qeyri-adi olan o idi ki, Rusiya bunu bizdən qabaq edirdi. Çünki düşüncə baxımından belə təəssürat yaranırdı ki, respublikalar SSRİ dövründə dominant güc olan Rusiyadan ayrılır. Rusiya özü isə SSRİ-dən bizdən öncə ayrılmışdı. Söhbət o dövrdə rəhbərlikdə olan və rəhbərliyə iddialı Xalq Cəbhəsindəki gerizəkalı insanların nə qədər yanlış qərarlar verdiyindən gedir. Nəticə etibarilə Azərbaycan öz müstəqilliyini ən son elan edən ölkələrdən birinə çevrildi. Buna qədər başqa siyasi-ictimai hadisə baş vermişdi. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev Azərbaycanın üçrəngli bayrağını qaldırmışdı. "Sovet sosialist respublikası"ifadəsi Naxçıvan Konstitusiyasından çıxarılmışdı. Hüquqi baxımdan müstəqilliklə bağlı addımları Heydər Əliyev hamıdan əvvəl atmış və Naxçıvanda reallaşdırmışdı. Heydər Əliyev Bakıda Ali Sovetdə də çıxışlar etmişdi.Digər respublikalar müstəqilliklərini elan edəndə Heydər Əliyev də bəyan etmişdi ki, referendum keçirilsin və müstəqillik haqqında akt qəbul edilsin. Təəssüf ki, heç kim Heydər Əliyevi eşitmək istəmirdi. Çünki onların birgəməqsədi Heydər Əliyevə qarşı mübarizə olub. Yeganə şəxs Heydər Əliyev idi ki, müstəqil ölkə qurub idarə edə bilərdi. Qalan bütün siyasi qüvvələr marionetlər idi. Bir hissəsi Qorbaçovun, digər hissəsi isə Qərbin əlində olan adamlar idi. Yeganə müstəqil şəxs Heydər Əliyev idi ki, ona qarşı Qorbaçov, Moskva, Qərb, eləcə də burada hakimiyyətdə olanlar, yəni öz əqidələrinə sadiq olmayan kommunistlər və qaragüruhçu Xalq Cəbhəsi mübarizə aparırdılar və onun müstəqillik aktı ilə bağlı referendum təklifini eşitmirdilər.
Beləliklə, 1991-ci ilin oktyabr ayında Konstitusiya qanunu ilə müstəqillik elan olundu. Müstəqillik aktında yeni Konstitusiyanın qəbul olunması da qeyd edilib. O dövrdə həmin iclaslardakı çıxışları araşdırsanız görərsiniz ki, Ali Sovetin həmin toplantısında hədəflərdən biri də təəssüf ki, Heydər Əliyev idi. Hansı Konstitusiyanın qəbulundan söhbət gedə bilərdi ki, hərc-mərclik, hakimiyyət uğrunda mübarizə, qanunsuz silahlı birləşmələr mövcud idi.
Konstitusiyanın qəbulu məsələsi ancaq Heydər Əliyevin dövründə aktuallaşdı.1995-ci ildə komissiya yaradıldı. Komissiyada tanınmış hüquqşünaslar olub, eləcə də Heydər Əliyev özü quruma rəhbərlik edib. Heydər Əliyev bu komissiyaya çox demokratik formada rəhbərlik edib. Azərbaycan dili ilə bağlı məsələni geniş formada dinləyib və bütün tərəflərin fikirlərini eşidib. O fikirlərin hamısına hörmətlə yanaşıb.Sonda qərar qəbul olunubki, Azərbaycanın dövlət dili məhz Azərbaycan dilidir. Bu, çox müdrik qərar idi. Hüquqşünas kimi 1995-ci ildə qəbul olunan Konstitusiya barədə deyə bilərəm ki, o, öz dövründən çox-çox irəlidəydi. Ona görə ki, onun böyük hissəsi insan haqlarına həsr olunmuşdu. Konstitusiyanın elə müddəaları var ki, insan hüquqları haqda beynəlxalq müqavilələrin üstünlüyünü qəbul edir. Bu, hər Konstitusiyada olmur. Misal üçün, insan hüquqlarıbaxımından ölüm cəzası ilə bağlı müddəanı xatırlatmaq istərdim. 1995-ci ildə biz Avropa Şurasının nə tam üzvü, nə də qonaq qismində üzvüydük. O dövrdə heç Türkiyə ölüm cəzasını ləğv etməmişdi. 1995-ci ildə artıq Heydər Əliyevin belə bir düşüncəsi vardı. Avropa Şurasına üzv ölkələr vardı ki, belə humanist düşünə, irəli baxa bilmirdilər. Bu cür müddəaları ilə Konstitusiya zəngin və öz dövrünə görə mütərəqqi idi.
Sonra Konstitusiyanın təbii ki, müəyyən inkişaf yolu oldu. Referendumlar yolu ilə Konstitusiyamız inkişaf etdi. Onları da xatırlamaq istəyirəm. Birinci referendum 2002-ci ildə keçirildi. Orada bir çox məsələlər həll olunsa da, mən onların içərisində mediada müzakirə olunanları xatırladacam. 2002-ci ildə mediada, ictimaiyyətdə ən çox müzakirə olunan məsələ tam majoritar seçki sisteminə keçid idi. Çünki opponentlər bunun siyasi həyatı zəiflədəcəyini düşünürdülər. Amma bizim arqument ondan ibarət idi ki, bu keçid vətəndaşla onu təmsil edən deputat arasında daha çox məsuliyyət yaradır. Biri var insanlar hansısa partiyanın ideyalarına səs verirlər, sonra isə bəlkə də arzulamadıqları insanı görürlər, seçici maraqlıdır ki, namizədi görə bilsin. Proporsional seçki sistemində namizədlərin siyahısını partiya hazırlayırdı. Biz hesab edirdik ki, təmsilçilik, deputatla vətəndaş arasındakı münasibət baxımından majorotar sistem daha düzgündür. Çox zaman proporsional seçki sisteminə keçidlə bağlı fikirlər səsləndirilir.
Mənə "proporsional seçki sisteminə keçilməlidirmi" sualı verilsə, deyərdim ki, bu, geriyə addım olar. Majoritar seçki sistemi özünü doğruldub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi deyərdim ki, majoritar seçki sistemini dəyişdirməyə ehtiyac yoxdur. Proporsional seçki sisteminin olmadığı ölkələr az deyil. O zaman təcrübəni öyrənmişdik. Proporsional seçki sistemi parlament respublikaları üçün daha çox xarakterikdir. Bizdə prezidentli respublika idarə-üsuludur. Bu gün suverenliyimizdən, güclü prezidentinstitutundan danışırıqsa, onun özünü doğrultduğunun şahidi oluruq.
2009-cu ildə növbəti referendum oldu. O zaman da bir çox məsələlər vardı. Hərbivəziyyət zamanı səlahiyyətlərin uzadılması vəhüquqi baxımından bir çox məsələlər... Ammadiskussiyaya səbəb olan mövzu bir şəxsin iki dəfədən çox prezident seçilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması idi. O zaman yerli və xarici opponentlərimiz deyirdilər ki, dünyada belə məhdudiyyətlər var. Bizim arqumentimiz isə aydın idi: biz o dəyişiklikləri etməklə, namizədə seçim imkanı yaratmırıq. Biz xalqa kimi və nə qədər istəsə, seçmək imkanı veririk. Azərbaycan tarixi göstərdi ki, 2003-cü ildən sonra Prezident İlham Əliyev, ancaq artan reytinqə mənsub olub. Dövlət quruculuğunda ciddi inkişaf olub və ərazi bütövlüyümüz bərpa olunub. Hesab edirəm ki, hətta opponentlərimiz belə onun Ali Baş Komandan kimi uğurunu qəbul etmək məcburiyyətindədirlər.
Bir nəfərin iki dəfədən artıq namizəd olması və seçilməsi ilə bağlı məhdudiyyət praktikada özünü doğrultmadı. Onu da deyə bilərəm ki, qonşu ölkələrdə də bir sıra institusional dəyişikliklər olub. Gürcüstan, Rusiya və Türkiyəni nümunə göstərmək ola bilər. Bu ölkələrdə idarəetmə üsulları dəyişilib. Azərbaycanda bu baş verməyib. Bizdə birbaşa seçkilər keçirilib, xalq öz istədiyi namizədi seçib. Hüquqşünas kimi onu demək istəyirəm ki, 2009-cu ildə ictimaiyyətdə çox müzakirə olunan, xarici ekspertlər tərəfindən tənqid olunan bu dəyişiklik də bizim haqlı olduğumuzu göstərdi. Keçən ilin reytinqində İlham Əliyevin əldə etdiyi qələbə şübhəsiz idi. Bu da artan reytinq olmasında bizim haqlı olduğumuzu göstərdi. Layiqli namizəd dəfələrlə prezident seçilə bilər.
Nəhayət 2016-cı ilinreferendumunda da bir çox müddəalar vardı. Burada ən çox müzakirə olunan məsələ vitse-prezidentlik institutu ilə bağlıydı. Bu gün də Azərbaycan cəmiyyəti həmin institutun yaranmasından məmnundur. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Heydər Əliyev Fondunun rəhbəri kimi bir sıra sosial məsələlər məhz onun diqqətində olub. Nəticədə vitse-prezidentlik institutunun effektini də görməyə başladıq. Prezidentin fəaliyyət dairəsi genişdir, o, həm də Ali Baş Komandandır. 2018-2019-cu illərdən başlanan islahatların yeni mərhələsində ölkə prezidentinin nə qədər dünya miqyaslı layihələrdə aparıcı rol oynadığını görürsünüz. Hesab edirəm ki, vitse-prezidentlik institutu özünü doğrultmuş olur. Daxili məsələlər təbii ki, Prezidentlə razılaşdırılır, lakin bu institut sayəsində onun daha qlobal məsələlərə fokuslanma imkanı yaranır.
Beləliklə, bu illər ərzində Konstitusiyamız inkişaf edib, referendum və konstitusiya qanunu yolu ilə dəyişib. Hesab edirəm ki,bu illər ərzində Konstitusiyamız kifayət qədər zənginləşib. Bu baxımdan Konstitusiya hər zaman inkişaf edən ana qanundur.
- Bəzi paradoksal məsələlər var. Məsələn, bizdə rayonların idarə olunmasında xüsusi nümayəndə və icra hakimiyyəti var. Eyni zamanda qeyd etdiyiniz kimi, vitse- prezidentlik və baş nazirlik var.Bunlar hamısı bir sosial sifariş deyilmi ki, referendum keçirilsin, Konstitusiya dəyişikliyi olsun.
- Özbəkistan bu yaxınlarda yeni Konstitusiyasını qəbul etdi. Biz də müşahidə prosesində olmuşduq. Azərbaycan Konstitusiyasına nə zamansa dəyişiklik edilməsi ilə bağlı fikirləri istisna etmirəm. Söylədiyim kimi, bu, inkişaf edən prosesdir. Gələcək üçün bunu istisna etmirəm. Sadəcə olaraq, bu il “Konstitusiya və suverenlik ili”dir deyə prosesləri bağlamaq üçün məntiq görmürəm. Çünki "Konstitusiya ili" ilə bağlı sərəncamda niyyət aydınşəkildə göstərilib. Bu, suverenliklə bağlıdır. Üstəgəl bu il Konstitusiyanın 30 illiyidir. Yaxın günlərdə tədbirlərplanı ilə bağlı məlumat alacaqsınız. Əminəm ki, həmin planda Konstitusiyaya əlavə də dəyişikliklər edilməlidir kimi müddəa görməyəcəksiniz. Çünki sərəncamın özü, mahiyyəti Konstitusiyamızın 30 illiyinə, qələbəmizin 5 illiyinə keçdiyimiz uğurlu inkişaf yoluna həsr olunub.
Dediyiniz fikirlərə gəldikdə ki, bunlar ziddiyyət yaradırmı? Xeyr. Məsələn, səlahiyyətli nümayəndə yaratmaq Prezidentin səlahiyyətində olan məsələdir. Sual yarana bilər ki, xüsusi nümayəndə ilə icra hakimiyyəti orqanları arasında bu gün ziddiyyət yaranırmı? Xeyr. Çünki hər ikisinin əsasnaməsi var. Səlahiyyətli nümayəndə ərazi ilə məşğul olur. İcra hakimiyyəti isə əhali və sairlə məşğul olur. Demək istəyirəm ki, bunun üçün Konstitusiyaya dəyişiklik etməyə ehtiyac yoxdur. Prezident onsuz da Konstitusiyaya əsaslanaraq, onu yaradıb. "Dağlıq Qarabağ"ın statusu yoxdur, amma Naxçıvanın var, elə isə bu ziddiyyət yaradır demək də doğru deyil. Əksinə,mən hesab edirəm ki, biz bu məsələyə fokuslanmalı deyilik. Daha çox Qərbi azərbaycanlıların Ermənistanda reinteqrasiyası ilə bağlı hansısa qanuni iddialarımız yaradılmalıdır. Fürsətdən istifadə edib 1991-ci ilə qayıdıram. Söylədiniz ki, Ermənistanda müəyyən müzakirələr gedir. Niyə? Çünki bizim Ali Baş Komandanımız bu məsələləri açıq söyləyir. Azərbaycan ictimaiyyəti də bu məsələləri dərindən bilmirdi. 1991-ci ilə Ermənistan öz müstəqillik aktını qəbul edir və ona mənsub olmayan, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa iddia edir və onu ora yazır. Dediyim kimi, 1990-cı illərin əvvəllərində hakimiyyətdə olan gerizəkalıların ağlına gəlmir ki, heç olmasa sənəddə bunlar da nəyəsə iddia etsinlər, özü də bu qanuni olsun. Cəmi iki il qabaq azərbaycanlılar Ermənistandan deportasiya olunub və bunların gözünün qarşısında olub. Heç olmasa müstəqillik aktında Zəngəzur və İrəvanın qaytarılması üçün alternativ iddia qoyaydılar. Bu gün hüquqi baxımından elə bir şərait yaranır ki, biz onlara deyirik ki, iddialarınızdan əl çəkin. Bu baxımından “Dağlıq Qarabağ”la Naxçıvanı müqayisə etmək fikrində deyiləm. Düşünmürəm ki, belə bir ziddiyyət yaranıb. Bunu biz etmək məcburiyyətində deyilik. Bu məsələ nə zamansa diskussiya oluna bilər.
- Bu il həm də "Suverenlik ili"dir. Azərbaycan vətəndaşı bu suverenliyi nə qədər yaşayır. Biz ona bu istiqamətdə nələri aşılamalıyıq?