AZ

Zelenski strateji ərazini əldən verən generalı vəzifədən uzaqlaşdırdı

Rusiya qüvvələrinin Donetsk vilayətində strateji şəhəri ələ keçirməsindən sonra Ukrayna Prezidenti Vladimir Zelenski şərq cəbhəsinin komandiri Andriy Hnatovu vəzifədən uzaqlaşdırıb. Metbuat.az xəbər verir ki, onun yerinə təyin olunmuş general-mayor Mykhailo Drapatyi bölgədə daha effektiv komanda strukturu yaratmağı hədəfləyir. Məlumata görə, Hnatov yeni vəzifəsində qoşunların təlimi və kommunikasiyalarına cavabdeh olacaq. Zelenski bəyan edib ki, dəyişikliyin məqsədi Donetsk vilayətində qoşunların komandanlıq strukturunu gücləndirməkdir.

Qeyd edək ki, Ukrayna ordusunun Donetsk vilayətinin Velyka Novosilka şəhərindən geri çəkildiyi açıqlanmışdı. Rusiya da şəhəri nəzarətə götürdüyünü elan etmişdi. Ukraynanın şərq cəbhəsinin sözçüsü Viktor Trehubov rus qoşunlarının şəhərə daxil olduğunu açıqlasa da, şəhərin kənarında döyüşlərin davam etdiyini bildirib.

Seçilən
2
metbuat.az

1Mənbələr