AZ

Manual terapevt qadının ölümünə səbəb oldu

Böyük Britaniyada bir qadın baş ağrısı səbəbiylə manual terapevtə gedib və seansdan sağ çıxmayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə 2021-ci ilin payızında Qeytsheddən olan 29 yaşlı Coanna Kovalçik idman zalında məşq edərkən boynunu yaraladığı zaman baş verib. O, şiddətli baş ağrıları yaşamağa başlayıb. Əvvəlcə müayinə üçün adi xəstəxanaya gedib, lakin alternativ müalicə üsullarını araşdırdıqdan sonra o, manual terapevtin yanına getməyə qərar verib və öz istəyi ilə qəbuluna yazılıb.

Xəstəlik tarixçəsində qadının müntəzəm olaraq miqren və oynaqların hipermobiliyadan əziyyət çəkdiyi göstərilib. O, həmçinin damar astarında həyati təhlükə yaradan, yırtıqlara səbəb olan toxuma pozğunluğuna sahib olub. Ancaq Kovalçikin müraciət etdiyi manual terapevt bunlardan xəbərsiz olub və boynundakı ağrını götürmək istəyərkən qadının boynunu qırıb.

Müstəntiqlərin fikrincə, britaniyalı qadın idman zalında zədələndikdən sonra damarı qırılıb. Manual terapevtin proseduru isə eyni yerdə ikinci zədəyə səbəb olub. Qadın dörd seansdan keçib, lakin vəziyyəti daha da pisləşib, xüsusən də ikili görmə, sağ qolunda və sağ ayağında karıncalanma, ürəkbulanma və nitqində problemlər yaranıb. Qadın huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib, lakin artıq gec olub.

Mərhumun yaxınları manual terapevti xəstənin tibbi  göstəricilərinə baxmamaqda günahlandırır. Həkimin buna görə hər hansı cəza alıb-almayacağı barədə məlumat verilməyib.

QAZİLER.AZ

Seçilən
15
50
qaziler.az

10Mənbələr