Stanislav Çerçezov Qazaxıstan milli futbol komandası baş məşqçisinin vəzifəsindən gedib. Bu barədə Qazaxstan Futbol Federasiyası (KFF) məlumat yayıb. Müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Bundan əlavə, bütün məşqçi heyəti də komandadan ayrılır.Stanislav Çerçezov 2024-cü il iyunun 3-dən etibarən Qazaxstan milli komandasının baş məşqçisi idi. Onun rəhbərliyi altında milli komanda UEFA Millətlər Liqasında altı oyun keçirib və Norveç millisi ilə bərabərə qalıb.Xatırladaq ki, ötən ilin o ktyabr ayında Çerçesov qazax dili ilə bağlı ksenofobik zarafata görə cərimələnib. Oktyabrın 13-də keçirilən oyundan sonra jurnalist məşqçiyə qazax dilində sual verib və Çerçesov “Sən indi fransızca danışırsan?” deyə cavab verib. Cərimə 738 400 tenge (təxminən 147 min rubl) təşkil edib.Çerçesov çalışdırdığı dövrdə Qazaxıstan millisi Millətlər Liqasında 6 oyunda 5 məğlubiyyət alıb və 15 qol buraxaraq bir qol belə vurmayıb.Səidə
Diqqət Çəkənlər
Konqoda döyüşlər: 13 sülhməramlı həlak olub
HAMAS İsrail əsiri Arbel Yehudu 31 yanvarın sonuna qədər azad edəcək
NYT: Trampın Tülsi Qabbardın namizədliyinə şübhələri və mühafizəkarların narahatlığı