Bir neçə gün əvvəl Belçika yığmasının baş məşqçi vəzifəsindən azad edilən Domeniko Tedeskonun xələfi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, milli komandanı bundan sonra Rudi Qarsiya çalışdıracaq.
Qeyd edək ki, yenicə “Vest Hem”dən istefaya göndərilən Xulen Lopetegi işsizliyə tezliklə son qoya bilərdi. 58 yaşlı ispaniyalı mütəxəssisin Belçika yığmasına təyin olunmaq şansı vardı. Yerli mənbələr onun namizədliyini Belçika Kral Futbol İttifaqının (BKFİ) idman direktoru Vensan Mannertin dəstəklədiyini xəbər vermişdi. Lakin Fabritsio Romano BKFİ-nin Qarsiyaya üstünlük verdiyini bildirib. Məşhur insayder fransalı mütəxəssis ilə razılaşdırılan müavilənin detallarına aydınlıq gətirməyib.
Xatırladaq ki, Qarsiyanın sonuncu iş yeri 2023-cü ildə bir neçə ay başçılıq etdiyi “Napoli” olub. 60 yaşlı məşqçi karyerası ərzində “Korbeil-Essonnes”, “Sent-Etyen”, “Dijon”, “Le Man”, “Lill”, “Roma”, “Marsel”, “Lion” və “Əl-Nəssr”i də çalışdırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta