AZ

Türkiyədə hoteldəki yanğının səbəbi açıqlandı

  Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə 79 nəfərin ölümünə səbəb olan yanğının səbəbi açıqlanıb.

Referans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğına səbəb hotelin mətbəxində səhər yeməyi hazırlanarkən manqala tökülən yağın alışması olub. Aşpazların alışan yağın üzərinə su tökməsi ilə yanğın daha da alovlanıb.

Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 79 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcədə yanıq xəsarətləri alıb./teleqraf.com  

Seçilən
16
referans.az

1Mənbələr