AZ

İran "Qəzza"nı havalandırdı, 8 hədəfi vurdu - Video

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri “Böyük Peyğəmbər Atoritesi” adlı genişmiqyaslı hərbi təlim zamanı Qəzza adlı yeni super ağır pilotsuz uçan aparatını təqdim edib.

Axar.az xəbər verir ki, “Qəzza” PUA-sının qanadlarının uzunluğu 22 metr, uçuş çəkisi isə 3100 kiloqramdır.

Pilotsuz təyyarənin uçuş müddəti 35 saat, uçuş sürəti isə saatda 350 kilometrdir.

“Qəzza” pilotsuz təyyarəsinin yükgötürmə qabiliyyəti ən azı 500 kiloqramdır və bu, 13-ə qədər bomba daşımağa imkan verir. O, 1000 kilometr uçuş məsafəsinə və 4000 kilometr əməliyyat radiusuna malikdir.

Keçirilən birgə əməliyyatda SEPAH Aerokosmik Qüvvələri “Qəzza”nın köməyi ilə ilk dəfə olaraq səkkiz hədəfi uğurla vurub.

Seçilən
6
axar.az

1Mənbələr