Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və özbəkistanlı həmkarı Cahongir Aminov Bakı və Daşkənd arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Özbəkistanın Təl-Əvivdəki diplomatik missiyasının mətbuat xidməti
“Özbəkistanın İsraildəki səfiri Zati-aliləri cənab C. Aminov Azərbaycanın səfiri Zati-aliləri cənab M.Məmmədovla səmimi və məhsuldar görüş keçirib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Bildirilib ki, müzakirə ikitərəfli münasibətlərin inkişafına və iki səfirlik arasında birgə tədbirlərin keçirilməsi imkanlarının nəzərdən keçirilməsinə həsr olunub.