Müqavilə ilə “Çelsi”yə məxsus olan, hazırda Fransada “Strasburq”da çıxış edən Andrey Santosun evi qarət olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Qarətçilər Santosun evindən 500 min avroluq dəyərində zinyət əşyaları oğurlayıb.
Santos bununla bağlı sosial şəbəkə hesabında da paylaşım edib:
“Strasburqda yaşayan hər kəsə hörmət edirəm. Bunu kim edibsə, deməli qorxaqdır. Hər şeyi qaytarmaq üçün 24 saat vaxtınız var”.
Hadisə Fransa çempionatında “Strasburq” – “Lill” matçı zamanı baş verib. Andrey komandasının 2:1 hesabıyla qələbə qazandığı görüşdə bir qol vurub.