"Brent" markalı neftin qiyməti 2025-ci il yanvarın 9-dan bəri ilk dəfə bir barel üçün 77 dollardan aşağı düşüb.
Londonun birjasında "Brent" markalı neftin 2025-ci ilin aprel ayı üçün fyuçerslərinin qiyməti 2025-ci il yanvarın 9-dan bəri ilk dəfə bir barel üçün 77 dollardan aşağı düşüb.
Operativ Media xəbər verir ki, "qara qızıl"ın qiyməti 2,46% ucuzlaşaraq 76,57 dollar/barelə bərabər olub.
Eyni zamanda, 2025-ci ilin martında tədarük üçün WTI markalı xam neftin fyuçersləri 2,65% azalaraq bir barel üçün 72,68 dollar olub.