AZ

Tesla, Çin elektrik avtomobillərinə tariflərə görə Avropa İttifaqına qarşı iddia qaldırıb

Bakı. Trend:

Tesla, Avropa İttifaqının (Aİ) Çindən idxal edilən elektrikavtomobillərinə tətbiq etdiyi tariflərə qarşı Avropa Məhkəməsindəiddia qaldırıb.

Trend xəbər verirki, bu barədə “Financial Times” Avropa Məhkəməsinin sənədlərinəistinadən məlumat yayıb.

Qeyd olunur ki, oxşar iddialar daha əvvəl Almaniyanın BayerischeMotoren Werke AG (BMW), eləcə də Çin avtomobil istehsalçıları BYDCo., Geely Automobile Holdings Ltd. və SAIC Motor Corp tərəfindəndə irəli sürülmüşdü.

Aİ keçən ilin oktyabrında Çin istehsalı olan elektrikavtomobillərinə 35,3%-ə qədər anti-subsidiya tarifləri tətbiqetmişdi. Bu qərar, Pekinin rəqabətə zidd subsidiyalarla yerliistehsalı artırdığına dair araşdırmadan sonra verilib.

Lakin əlavə araşdırmalar Tesla-nın Çin hökumətindən ən az dəstəkalan şirkət olduğunu müəyyən etdikdən sonra, Tesla üçün bu tarif7,8%-ə qədər endirilib.

Seçilən
16
az.trend.az

1Mənbələr