Azərbaycan I Liqa təmsilçisi “İmişli”də ayrılıq yaşanıb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Bahadur Həziyev və müdafiəçi Tərlan Quliyevin xidmətlərindən bölgə klubu imtina edib. Bu barədə “İmişli”nin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı Quliyev “Neftçi”, “Qarabağ”, “İnter” (indiki “Şamaxı”) və “Turan Tovuz” kimi Premyer Liqa klublarında forma geyinib. “Neftçi”nin yetirməsi olan Həziyev isə “Səbail” və “Şamaxı” kimi klubların heyətində çıxış edib.