AZ

İsrail Qəzza zolağının bərpası üçün Rusiya ilə işləməyə HAZIRDIR

İsrail Qəzza zolağının bərpası üçün Rusiya ilə işləməyə hazırdır.

“Biz Rusiya ilə bir çox sənaye sahələrində işləyirik. Düşünürəm ki, Qəzza zolağının bərpası üçün də əməkdaşlığı inkişaf etdirmək olar. Necə ki, biz Rusiyadan Qəzza zolağına tibbi humanitar yardım çatdırmağa çalışdıq”, – İsrailin Rusiyadakı səfiri Qalperin TASS-a müsahibəsində bildirib. O, əlavə edib ki, ölkələr arasında fikir ayrılıqlarının olduğu məsələlərlə yanaşı, sıx əməkdaşlığın mövcud olduğu sahələr də var.

Qalperin Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Boqdanovla da görüşüb. Görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələləri, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

Seçilən
14
50
interpress.az

10Mənbələr