İki gün sonra Azərbaycan futbolunun fəxri Tofiq Bəhramovun 100 illik yubileyi olacaq.
Fanat.Az xəbər verir ki, müxtəlif qurumlar yubiley tədbirlərinə hazırlaşırlar.
Azərbaycan Futbol Hakimləri İctimai Birliyi bununla bağlı açıqlama yayıb:
"Bu həftə Azərbaycan futbol hakimliyi üçün çox önəmilidir.
Belə ki, ölkəmizin fəxri, dünya idmanının və futbolun tanınmış siması, görkəmli futbol hakimi Tofiq Bəhramovun 100 illik yubileyidir. Tofiq müəllim 1925-ci il 29 yanvar tarixində dünyaya gəlmişdir və bu il onun adandan olmasının 100 illiyi qeyd ediləcəkdir.
Azərbaycan Futbol Hakimləri İctimai Birliyi bu həftə və daha sonra 2025-ci il ərzində ölkəmizin futbol ictimaiəti ilə birlikdə dünya şöhrətli futbol hakimimizin xatirəsini müxtəlif tədbirlərlə yad edəcəkdir. Hamınızı bu tədbirlərdə aktiv olmağa dəvət edirik.
Sabah - 28 yanvar saat 12:00-da Tofiq Bəhramovun xatirəsini yad etmək üçün İkinci Fəxri Xiyabanda onun qəbri ziyarət olunacaq. İştirak etmək istəyən şəxslər ziyarətə qoşula bilərlər".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta