AZ

Mitsubishi Honda və Nissan ilə ittifaqı tərk edir…

...Mitsubishi Motors, çətin ki, Honda və Nissan tərəfindən planlaşdırılan yeni holdinqin bir hissəsi olacaq.

SİA xəbər verir ki, Yaponiya mətbuatının məlumatına görə, şirkət ilkin danışıqlara baxmayaraq, müstəqil qalmaq qərarına gəlib.

Mitsubishi-dən rəsmi təsdiqin 3 fevral 2025-ci ildə üçüncü rübün maliyyə nəticələri zamanı gözlənilir.

...2024-cü ilin dekabrında Honda və Nissan vahid holdinq strukturu yaratmaq niyyəti haqqında memorandum imzalayıblar. Mitsubishi alyansda iştirak etməyi düşündüyü ayrıca müqaviləyə qoşuldu. Bununla belə, mənbələr deyirlər ki, şirkət nəzarəti və təsirini itirməkdən qorxaraq müstəqil qalmağa üstünlük verib.

Mitsubishi-nin ən böyük səhmdarı olan Nissan şirkətin səhmlərinin 24 faizinə sahibdir.

Renault isə öz növbəsində Nissan səhmlərinin 15 faizinə nəzarət edir ki, bu da danışıqlara mürəkkəblik əlavə edir. Honda holdinqin sürətlə formalaşmasında maraqlıdır və Renault-nun gələcək alyansa təsirinin minimuma endirilməsini tələb edir.

Keçmiş Nissan və Renault rəhbəri Carlos Ghosn əvvəllər Honda-Nissan birləşməsinin Honda tərəfindən "gizli bir şəkildə satın alınması" ola biləcəyini söyləyib.

O qeyd edib ki, Honda daha böyük iştirakçı kimi yeni alyansda dominant mövqeyə can atır.

Nazlı Almuradova

Seçilən
7
sia.az

1Mənbələr