AZ

AB Trampın Qəzza ilə bağlı bu təşəbbüsünə qarşı çıxdı

Avropa Birliyi Şurası ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından İordaniya və Misirə köçürülməsi təşəbbüsünə qarşı çıxıb.

Axar.az xəbər verir ki, bu barədə danışan AB diplomatiyasının rəhbəri Kaya Kallas Qəzza zolağının sakinlərinin artıq çox əziyyət çəkdiyini və israillilər kimi sülhə layiq olduqlarını deyib.

O əlavə edib ki, AB İsrail və Fələstin dövlətlərinin dinc yanaşı yaşaması əsasında nizamlanmanı dəstəkləməyə davam edir.

Seçilən
5
1
axar.az

2Mənbələr