Xəbər verildiyi kimi, prezident İlham Əliyev ölkədə çoxsaylı qurumlarda əmək haqlarının artırılması ilə bağlı fərmanlar imzalayıb.
FED.az-ın məlumatına görə, maaş artımı üzrə frəmanlar daha çox hüquq müdafiə, hüquq mühafizə, təhlükəsizlik və sair sahələrdə çalışan hərbi və mülki qulluqçuları əhatə edib.
İndiyədək formalaşmış ənənəni nəzərə alsaq yaxın günlərdə əmək haqqı artımının digər büdcə təşkiatlarında da baş verəcəyini gözləmək olar. Hərçənd, ilin əvvəlindən minimum əmək haqqının artımı da özünü maaşlarda göstərməlidir.
Beləlik lə, prezident İlham Əliyevin fərmanlarına əsasən
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları - orta hesabla 10 faiz artırılıb.
Bundan başqa, dövlət başçısının fərmanı ilə aşağıdakı dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq maaşları orta hesabla 10 faiz artırılıb.
1. Müdafiə Nazirliyi;
2. Daxili İşlər Nazirliyi;
3. Fövqəladə Hallar Nazirliyi;
4. Dövlət Sərhəd Xidməti;
5. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;
6. Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;
7. Dövlət Gömrük Komitəsi;
8. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
9. Dövlət Təhlükəsizliyi Xidməti;
10. Xarici Kəşfiyyat Xidməti;
11. Dövlət Miqrasiya Xidməti;
12. Prezidentinin Təhlükəsizlik Xidməti;
13. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
14. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
Maaşların artımı ilə bağlı bütün fərmanlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir. Fərmanlara əsasən, Nazirlər Kabineti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidirlər.