AZ

AK Kiyevlə Azərbaycandan Ukrayna üzərindən qaz tranzitini müzakirə edə bilər

Azərbaycandan qazın Ukrayna ərazisindən tranziti Bratislava və Budapeştin iştirakı ilə Kiyev və Avropa Komissiyası (AK) arasında danışıqların predmetinə çevrilə bilər.

BEY.AZ “Reuters”ə istinadla xəbər verir ki, bunu Slovakiyanın Xarici və Avropa İşləri naziri Yuray Blanar deyib.

“Biz əvvəldən Ukrayna hökuməti ilə qeyri-rus mənşəli qazın Ukrayna ərazisindən nəqlinin mümkünlüyünü müzakirə etdik və buna görə də Ukrayna tərəfinin bu cür tranziti müzakirə etməyə hazırlığını təklif etdiyimiz həll yoluna qayıtmaq kimi qiymətləndiririk. Onun çərçivəsində, məsələn, Azərbaycandan qaz nəqlindən danışdıq”, – deyə Slovakiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Daha əvvəl “Reuters” xəbər vermişdi ki, AK Ukrayna ərazisi vasitəsilə Avropaya qaz nəqli ilə bağlı Ukrayna ilə danışıqları davam etdirəcək və bu prosesə Macarıstan və Slovakiyanı da daxil etmək niyyətindədir.

Qeyd edək ki, yanvarın 1-də Kiyev müqaviləni uzatmaqdan imtina etdiyi üçün Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb.

Turan İSMAYIL

Seçilən
10
Bey.az

1Mənbələr