AZ

"Invest AZ" işçi axtarır - VAKANSİYA

Invest AZ QSC

Hüquqşünas

Son tarix 27 fev 2025 - Müraciət et

Namizədə tələblər

  • Tәhsil : Ali tәhsil;
  • İş stajı : müvafiq sahәdә әn azı 1 il;
  • Dil biliyi: Azәrbaycan dili, İngilis dili-әla, Rus dili-orta;
  • Üstünlük: Maliyyә sahәsindә çalışan hüquqşünaslar.

Cәhәtlәr:

  • Sәliqәli görünüş;
  • Mәhsuliyyәtli;
  • Sәlist danışıq qabiliyyәti;
  • Komanda ilә işlәmә bacarığı;
  • Әmәkdaşlıq vә keyfiyyәt yönümlülük.

Әsas vəzifələr:

  • “Qiymәtli Kağızlar Bazarı haqqında” AR Qanununu, “İnvestisiya fondları haqqında” AR
  • Qanununu, bununla әlaqәli Mәrkәzi Bankın qaydalarını bilmәk, habelә әlaqәli qanunvericiliyә edilәn әlavә vә dәyişikliklәri mütәmadi olaraq izlәmәk, cәmiyyәtin aidiyyәti strukturlarını hәmin dәyişikliklәrlә tanış etmәk;
  • Cәmiyyәtin adından hüquqi vә fiziki şәxslәrlә bağlanması nәzәrdә tutulan müqavilәlәri (әlavә vә dәyişikliklәr daxil olmaqla) hazırlamaq, struktur bölmәlәrdәn daxil olan sәnәdlәri (müxtәlif növ müqavilәlәr, onların әlavәlәri, tәhvil-tәslim aktları) yoxlamaq vә hüquqi ekspertizasını aparmaq;
  • Cәmiyyәtin bütün struktur bölmәlәrindәn daxil olan hüquqi uyğunluq mәsәlәlәri üzrә sorğuları cavablandırmaq;
  • Cәmiyyәtin fәaliyyәtindә meydana çıxan hüquqi mәsәlәlәrlә bağlı hüquqi rәy vә qiymәtlәndirmәni hazırlamaq, elәcә dә qanunvericilikdә meydana çıxan ziddiyyәtli mәqamlarla bağlı müvafiq dövlәt orqanlarına sorğular hazırlamaq vә göndәrmәk;
  • Şәxslәrdәn daxil olmuş şikayәtlәrin araşdırılması zamanı meydana çıxan hüquqi mәsәlәlәrlә bağlı rәylәr vermәk;
  • Cәmiyyәtin adından etibarnamәlәr hazırlamaq;
  • Maliyyә bazarlarına nәzarәt orqanı vә ya başqa tәşkilatlara göndәrilәn qanunvericiliyin tәlәblәri vә ya başqa hüquqi mәsәlәlәrlә әlaqәdar uyğunsuzluqlar barәdә mәktubların hazırlanmasında iştirak etmәk vә ya rәy vermәk;
  • Maliyyә bazarlarına nәzarәt orqanı vә digәr qurumlardan layihә şәklindә daxil olan qanun vә digәr hüquqi aktlarlarla bağlı tәkliflәrin hazırlanmasında vә rәy verilmәsindә iştirak etmәk;
  • Filial vә nümayәndәliklәrin açılması ilә bağlı tәlәb olunan sәnәdlәri hazırlamaq vә müvafiq dövlәt orqanına tәqdim etmәk;
  • Qiymәtli kağızlarının emissiyası ilә bağlı tәlәb olunan işlәri görmәk;
  • Vәzifәsinә uyğun olaraq Rәhbәrlik tәrәfindәn verilәn digәr tapşırıqları yerinә yetirmәk.

İş şəraiti

  • İş saatları: 09:00-18:00;
  • Nahar fasilәsi: 13:00- 14:00;
  • İstirahәt günlәri: Şәnbә, Bazar;
  • Azərbaycan Respublikası Әmәk Mәcәllәsi-nә uyğun sәnәdlәşmә;
  • Tibbi sığorta;
  • Nahar şirkәt tәrәfindәn tәqdim edilir.
Seçilən
5
fed.az

1Mənbələr