...James Webb Kosmik Teleskopu (JWST) büdcəsi dəyişməz qalsa belə, inflyasiyadan əziyyət çəkəcək.
SİA xəbər verir ki, bu barədə SpaceNews nəşri məlumat yayıb.Qəzet yazır ki, JWST-nin on illik dizayn ömrü çox güman ki, xeyli keçəcək və kosmik rəsədxananın özü də elm adamlarının "pik elminə və ya tələbinə çatmağa belə yaxın deyil".
2024-cü ilin mart ayında, 2025-ci maliyyə ili büdcə təklifində NASA JWST üçün 187 milyon dollar tələb edib ki, bunun da 127 milyon dolları teleskopun istismarına, 60 milyon dolları isə ondan istifadə edən astronomlar üçün elm qrantlarına gedəcək.
NASA illik maliyyələşdirmənin göstərilən səviyyəsinin 2029-cu ilə qədər saxlanılacağına ümid etdiyini bildirib.
Bununla belə, teleskopun real maliyyələşdirilməsi 2026-cı ildə inflyasiya səbəbindən 20 faiz azala bilər ki, bu da həm onun iş rejimlərinə, həm də alimlərin aldığı qrantların həcminə təsir edəcək.
Daha əvvəl “SpaceNews” “Novaspace” konsaltinq firmasına istinadən xəbər vermişdi ki, astronavtikaya qlobal xərclərin 2024-cü ildə rekord həddə çatacağı gözlənilir. Əsas artım müdafiə kosmik sektoru tərəfindən təmin edilib.
Nazlı Almuradova