AZ

“Şimal axını” qaz kəməri sökülməlidir – Polşa prezidenti Anjey Duda

Polşa prezidenti Anjey Duda deyib ki, hətta Moskva və Kiyev sülh razılaşması əldə etdikdə belə, Rusiya qazının Avropaya nəqlini bərpa etmək mümkün deyil.

Onun sözlərinə görə, 2022-ci ildən istifadə edilməyən “Şimal axını” qaz kəmərləri “sökülməlidir”. “Mən yalnız ümid edə bilərəm ki, Avropa liderləri öz dərslərini öyrənəcəklər… və bu boru kəmərləri vasitəsilə qaz axınını heç vaxt bərpa etməyə qərar verməyəcəklər. “Şimal axını dağıdılmalıdır. Bu, Ukrayna, Polşa, Slovakiya və digər Mərkəzi Avropa ölkələri üçün çox böyük təhlükə yaradır”, – Anjey Duda BBC-yə müsahibəsində deyib.

Polşa prezidentinin sözlərinə görə, “Şimal axını” ilə mümkün qaz tədarükü həm enerji, həm də iqtisadi təhlükə yaradacaq. O hesab edir ki, bu, “Rusiyanın iqtisadi mənada Avropa üzərində hökmranlığı” demək olacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
4
editor.az

7Mənbələr