AZ

Belçika millisinin keçmiş furbolçusu kokain ticarəti ittihamı ilə saxlanılıb

Brüssel polisi Belçikanın “Lokeren-Temse” klubunun yarımmüdafiəçisi 36 yaşlı Radja Nainqqolanı saxlayıb.

O, Antverpen limanı vasitəsilə Cənubi Amerikadan kokain keçirməkdə şübhəli bilinir. Bu barədə prokurorluğa istinadən “Gazet van Antverpen” qəzeti məlumat yayıb. “İstintaq kokainin iddia edilən idxalına və onun Belçikada yenidən paylanmasına aiddir.

Biz təsdiq edə bilərik ki, futbolçu bu işlə bağlı azadlıqdan məhrum edilib”, – deyə nəzarət qurumu bildirib. Polis idmançının mənzili də daxil olmaqla 30 ünvanda axtarış aparıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr