
ABŞ-ın texnologiya şirkəti Emerson, proqram təminatı şirkəti Aspen Technology-nin (AspenTech) qalan səhmlərini 7,2 milyard dollar dəyərində sövdələşmə ilə alacağını açıqladı.
Emerson, AspenTech-in sahib olmadığı səhmlərini hər bir səhm üçün 265 dollara almaq barədə razılığa gəlib.
Razılaşmanın ümumi dəyərinin 7,2 milyard dollar olduğu bildirilən açıqlamada, Emerson-un hazırda AspenTech-in səhmlərinin təxminən 57 faizinə sahib olduğu və əməliyyat başa çatdıqdan sonra AspenTech-in Emerson-un bütövlükdə törəmə müəssisəsinə çevriləcəyi qeyd edilib.
Açıqlamada, satınalmanın 2025-ci ilin ilk yarısında başa çatdırılmasının gözlənildiyi bildirilib.