"Mançester Siti"nin yarımmüdafiəçisi Ceyms Makatinin "Bayer"ə keçidi reallaşmayacaq.
90deqiqe.Az xəbər verir ki, "şəhərlilər"in əsas heyətində nadir hallarda meydana çıxan 22 yaşlı futbolçu ilə Leverkuzen klubu maraqlanırdı, lakin müqavilə başa tutmayıb. "Bayer" Emiliano Buendia ilə bağlı "Aston Villa" ilə danışıqlarda irəliləyiş əldə etdiyi üçün ingilisin namizədliyindən imtina etmək qərarına gəlib.
Argentinalı tezliklə tibbi müayinədən keçəcək və “əczaçılar”a yeni gələn kimi təqdim olunacaq.
Ceyms Makati bu mövsüm "Mançester Siti"nin heyətində 14 oyuna çıxıb və 5 qol vurub.