Bakı. Trend:
Almaniyanın "Bavariya" klubu heyətini yeni qapıçı iləgücləndirib.
Trend xəbər verir ki, Münhen təmsilçisi "Köln"dən Yonas Urbiqitransfer edib. Klubun mətbuat xidməti bu barədə məlumat yayıb."Bavariya" alman qolkiper üçün 7 milyon avro təzminat ödəyib və 21yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqaviləimzalayıb.
Yonas Urbiq "Köln"ün yetirməsidir və Almaniya U-21 millisininüzvüdür. Bu mövsümdə 2-ci Bundesliqada "Köln"ün heyətində 11 rəsmimatçda iştirak edib və qapısında 22 qol görüb.