AZ

Aİ Suriyaya qarşı sanksiyaları ləğv edəcək


“Avropa İttifaqının xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların aradan qaldırılması üçün yol xəritəsi üzərində razılığa gəliblər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas sosial şəbəkə hesabında məlumat yayıb.
Kallas, Aİ-nin sanksiyaların ləğvi ilə bağlı cəld hərəkətə keçməyə sadiq olduğunu vurğulayıb, lakin ölkənin yeni hakimiyyət orqanlarının səhv addımlar atacağı təqdirdə qərarın geri qaytarıla biləcəyi barədə xəbərdarlıq edib.
Kallas ilk olaraq hansı sanksiyaların ləğv ediləcəyini dəqiqləşdirməyib. “Reuters” mənbələrə istinadən bir gün əvvəl yazıb ki, plan hava yollarına, o cümlədən dövlətə məxsus Suriya Ərəb Hava Yollarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və neft ixracına qoyulan qadağaya yenidən baxılmasını nəzərdə tutur.
Qeyd edək ki, Aİ Suriyaya qarşı sanksiyaları 2012-ci ildə Bəşər Əsəd hökuməti ilə üsyançı qruplar arasında qarşıdurmanın genişmiqyaslı vətəndaş müharibəsinə çevirməsindən qısa müddət sonra başlayıb.
Seçilən
6
43
yeniavaz.com

10Mənbələr