“Portu”nun yeni baş məşqçisinin adı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu vəzifəyə Martin Anselmi təyin edilib. Argentinalı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Anselmi bu vəzifədə Vitor Brunonu əvəzləyib.
Qeyd edək ki, “Portu” hazırda Portuqaliya çempionatında 19 turdan sonra 41 xalla 3-cü pillədə qərarlaşıb.