Bakı. Trend:
The Coca-Cola Company xloratların miqdarının artması səbəbindənməhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib.
Trend xəbər verirki, bu barədə Agence France-Presse məlumat yayıb. Şirkət,məhsulların geri çağırılması ilə bağlı dəqiq rəqəmlərin olmadığını,amma bu prosesin əhəmiyyətli miqdarda olduğunu bildirib.
Qida nəhəngi The Coca-Cola Company-nin törəmə şirkəti olanCoca-Cola Europacific Partners Belgium, xloratların miqdarınınartması səbəbindən məhsullarını Belçika, Böyük Britaniya,Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından kütləvişəkildə geri çağırdığını elan edib.
Tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olanCoca-Cola, Sprite, Fanta, Fuze Tea, Minute Maid, Nalu, Royal Blissvə Tropico brendlərinə şamil edilir. Şirkət, problemin Gentdəistehsal üçün normativ tələblərə uyğunluğun təmin olunmasıməqsədilə içkilərin keyfiyyətinin yoxlanılması zamanı aşkaredildiyini açıqlayıb.
Agence France-Presse-nin məlumatına görə, standartlara cavabverməyən məhsulların əksəriyyəti artıq dövriyyədən çıxarılıb və yabazara buraxılmayıb.