AZ

Yeni süni intellekt texnologiya bazarlarını 1,2 trilyon dollar dəyərində çökdürdü

DeepSeek-in süni intellekt modeli qlobal bazarları silkələdi.

QHT.az xəbər verir ki, Çin startapı DeepSeek, yeni süni intellekt modelini təqdim edərək ABŞ və Avropada texnoloji səhmlərin bazar kapitallaşmasını 1,2 trilyon dollar azaltdı. Model, OpenAI kimi bahalı həlləri əvəz edərək App Store cədvəllərinin zirvəsinə yüksəlib. İstifadəçilər onun yüksək performansını və şəffaflığını vurğulayır. Bu, Microsoft, Meta və Alphabet kimi nəhənglərin şişirdilmiş qiymətlərini şübhə altına alaraq, süni intellekt sektorundakı rəqabəti gücləndirdi. Nvidia-nın səhmləri 10%-dən çox dəyər itirərək 340 milyard dollar azalıb, Avropada isə ASML Holding NV 12% ucuzlaşıb.

DeepSeek-in təsiri və ekspert rəyləri

Mütəxəssislər DeepSeek-in ucuz və güclü texnologiyalar təqdim etməsini süni intellekt bazarında dönüş nöqtəsi kimi qiymətləndirirlər. Çin bazarı bu uğura müsbət reaksiya verərək, əlaqəli şirkətlərin səhmlərini yüksəldib. DeepSeek-in uğuru, süni intellekt inkişafında yüksək xərclərin zəruriliyini sual altına alıb və daha sərfəli həllərin yeni norma ola biləcəyini göstərib.

 

R.İmanov

Seçilən
18
6
qht.az

8Mənbələr