Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Selçuk Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.
Protokolu BDU-nun rektoru Elçin Babayev və Selçuk Universitetinin rektoru Hüseyin Yılmaz imzalayıb. Protokol çərçivəsində təhsilalanlar, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur. 1975-ci ildə yaradılmış Türkiyənin Selçuk Universitetində 24 fakültə, 7 institut üzrə 68000-ə qədər tələbə təhsil alır.