AZ

Xavi “Yuventus”un baş məşqçisi OLA BİLƏR

"Yuventus"un qeyri-rəsmi şəkildə Xavi ilə danışıqlar apardığı xəbərləri yayılıb.

Bizim.Media xəbər verir ki, Turin klubunda hazırki məşqçi Tyaqo Mottanın işindən narazıdırlar.

A Seriyasında 22 turdan sonra 37 xalla 5-ci pillədə qərarlaşan komandanın rəhbərliyi mövsümün sonunda gənc mütəxəssislə yollarını ayıra bilər. Nəticələr ürəkaçan olmasa onu "Yuventus"un baş məşqçisi vəzifəsində ispaniyalı mütəxəssis əvəz edəcək.

Qeyd edək ki, ötən mövsümün sonunda "Barselona"dan ayrılan Xabi hazırda işsizdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
40
6
bizim.media

8Mənbələr