...Böyük krossoverlər və yolsuzluq avtomobilləri dünyanın bir çox avtomobil bazarlarında üstünlük təşkil etsə də, kompakt ailə modellərinə hələ də yüksək tələbat var. Lakin bu avtomobillərin bəziləri tez slradan çıxır, yəni tez-tez xarab olur.
SİA-nın məlumatına görə, “What Car?” ekspertləri ən etibarlı 10ailə avtomobilini müəyyən edib.Reytinq “MotorEasy” sığorta şirkəti ilə birgə aparılan genişmiqyaslı sorğu əsasında tərtib edilib.
ReytinqdəBöyük Britaniyadan on minlərlə avtomobilçisi dəiştirak edib. Onlar avtomobillərinin son 12 ay ərzində hansı nasazlıqlarla üzləşdiyini və onları aradan qaldırmağın nə qədər çətin olduğunu bölüşüblər.
TOP 10 ən etibarlı işlənmiş ailə avtomobilləri:
1. Skoda Octavia (benzin mühərriki ilə)
2. Mercedes A-Class (hibrid modifikasiya)
3. BMW 1 seriyası
4. Honda Civic
5. Hyundai Ioniq (hibrid modifikasiya)
6. Toyota Corolla
7. Kia XCeed 8 Mini Clubman
9. Ford Focus (benzin mühərriki)
10. Kia Ceed
İddialara görə, benzin mühərrikli üçüncü nəsil Skoda Octavia ən etibarlı istifadə olunan ailə avtomobili kimi tanınıb. Mütəxəssislər bu modelin nadir hallarda xarab olduğunu vurğulayıblar.
Qeyd olunur ki, Skoda Octavia aşağı texniki xidmət xərclərinə və aşağı yanacaq sərfiyyatına malikdir. Həm də kifayət qədər rahat və praktik avtomobildir.
Nazlı Almuradova