“Çelsi”nin yarımmüdafiəçisi Joau Feliks karyerasını tezliklə başqa klubda davam etdirə bilər.
QOL.az “RMC Sport” istinadən xəbər verir ki, “Aston Villa” portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.
Hazırda 2 klub arasında keçidlə bağlı danışıqlar gedir. Lakin “Aston Villa” ilə yanaşı, daha bir neçə Premyer Liqa təmsilçisi Joau Feliksi heyətində görmək istəyir.
Qeyd edək ki, 25 yaşlı futbolçu “Çelsi”yə 2024-cü ildə 52 milyon avroya transfer olunub. Cari mövsümdə Feliks 20 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.