Bakı. Trend:
İspaniya hökuməti son 10 ildə müdafiə xərclərini 70%artırıb.
Trend xəbər verirki, bu barədə ölkənin baş naziri Pedro Sançes məlumat verib.
Madriddə NATO-nun baş katibi Mark Rutteni qəbul edən Sançes,ölkənin 2029-cu ilə qədər hərbi xərclərini ÜDM-in 2%-nə çatdırmaqüçün qəti öhdəlik götürdüyünü bildirib. Mətbuat xidmətininməlumatına görə, İspaniya son on ildə müdafiə xərclərini ən çoxartıran üçüncü müttəfiq olub.
Sançes vurğulayıb ki, İspaniya əməliyyatlarda müdafiəxərclərinin payına görə birinci yerdədir və müttəfiqlər üçün ortagöstəricidən təxminən 10 dəfə çox vəsait ayırır. O, əlavə edib ki,İspaniya Ukraynaya dəstəyini davam etdirəcək və NATO birliyinitəşviq edəcək.
Baş nazir, həmçinin 2024-cü ildə Kiyevə 1 milyard avro dəyərindəhərbi materialların tədarükünün nəzərdə tutulduğunu açıqlayıb.