AZ

Bölgədə siyasi vəziyyət dəyişib



Suriyada Əsədin qurduğu imperiya dağıldıqdan sonra, bölgədə siyasi vəziyyət dəyişdi. Rusiya və İran, Suriyada illərlə əldə etdikləri üstünlükləri əldən verdilər və ölkədə yaranmış siyasi və digər sahələrdə boşluqlar Türkiyənin nəzarəti altında dolmağa başladı. Həmçinin Qəzza zolağında, İsrail və Həmas arasında razılaşma əldə edildi və uzunmüddətli atəşkəsə nail olundu. Baş verənlər təsadüfi atılan addımlar deyil və məsələlərin həllində Türkiyənin xidməti əvəzsizdir. Həmçinin,Türkiyə xarici siyasətində və xüsusilə də Yaxın Şərqilə bağlı yeni siyasət apardığını qeyd etmək lazımdır.Türkiyə prezidenti Ərdoğanın yeni reallıqlar yaratdığı göz önündədir.Bunun nəticəsidir ki, Türkiyənin bölgədə siyasi və iqtisadi baxımdan, ,,Türkiyə olmazsa olmaz,, kimi bir real vəziyyətin mövcudluğunu artıq ABŞ və İsrail də başa düşür. Bu səbəbdən Trampın hakimiyyəti dövründə ABŞ və Türkiyə münasibətlərinin yenidən gözdən keçirilməsi və qurulması istiqamətində iş aparılır və yaxın gələcəkdə konkret addımların atılacağı gözlənilir. Burda əlbəttə ki, Türkiyə -İsrail münasibətləri də yer alacaq.Bu münasibətlər müttəfiqlik münasibətləri səviyyəsində olmasada, hansısa sistemin qurulması baxımından Yaxın Şərqdə zəruri və faydalı hesab edilə biləcək. Artıq hər kəs bilir ki, Türkiyə olmadan, Ərdoğansız Yaxın Şərqə sülh və sabitliyin gətirilməsi mümkün deyil. Hesab edirəm ki, Türkiyə və İsrail arasında münasibətlərin yenidən qurulması və inkişafı istiqamətində Azərbaycan, bu istiqamətdə öz töhfəsini verə bilər və bölgədə davamlı bir sülh hakim olar.

Çingiz Şahbazi, siyasi ekspert
Seçilən
14
newscenter.az

1Mənbələr