AZ

“Süni günəş” rekord istiliyə çatıb

Yanvarın 20-də Çinin EAST eksperimental sintez reaktoru elektron plazmanın tutulması üzrə yeni rekorda imza atıb. Reaksiya 1066 saniyə saxlanılıb ki, bu da əvvəlki rekorddan demək olar ki, üç dəfə uzundur. Bütün bu müddət ərzində plazmanın temperaturu 100 milyon °C civarında olub ki, bu da real ulduzumuzun nüvəsinin temperaturundan altı dəfə yüksəkdir. Bu yaxınlarda reaktor modernləşdirmənin növbəti mərhələsini başa vurub və yeni rekordlara hazırdır.

Bundan əvvəlki rekord 2023-cü ilin aprelində Anhui əyalətinin Hefey şəhərində yerləşən EAST (Experimental Advanced Superconducting Tokamak) reaktoru tərəfindən müəyyən edilib. Sonra qurğuda termonüvə reaksiyası 100 milyon °C plazma temperaturu ilə 403 saniyə saxlanılıb. Reaktorun fasiləsiz işləmə müddətini 1000 saniyəyə qədər artırmaq həm onun ən yüksək plazma temperaturunu saxlaya bilmə müddətini artırmaq, həm də yuxarı temperatur həddini yüksəltmək kimi sonrakı məqsədlərə nail olmaq üçün əsas hesab olunur.

Günəşdə termonüvə reaksiyasını başlatmaq üçün ultra yüksək temperatura ehtiyac yoxdur. Ulduzun nüvəsi "cəmi" 15 milyon °C-dir. Hidrogen ionlarının bir araya gəlməsi və helium birləşməsini başlatması üçün atomların nüvələri elektrik itələməsini dəf edərək güclü nüvə qüvvəsini aktivləşdirmək üçün bir-birinə yaxınlaşmalıdır. Temperaturdan əlavə, güclü cazibə qüvvəsi - Günəşin özü də buna kömək edir (bu təsir həm də təzyiqə bərabərdir). Yer üzündə bir reaktor kamerasında belə bir təzyiq yaratmaq mümkün deyil, buna görə də temperaturu artırmaqla nüvələri "basmaq" lazımdır. Çinli elm adamlarının elan etdiyi 100 milyon °C isə hələki Yer kürəsində reaksiya yaratmağa kifayət etmir.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
19
ikisahil.az

1Mənbələr