AZ

Yaxın Şərq neftinin qiymətləri sanksiyaların təsiri ilə rekord səviyyəyə yüksəlib

Bakı. Trend:

Yaxın Şərq neftinin qiymətləri, Rusiyanın neft sənayesinə qarşısanksiyaların sərtləşdirilməsi fonunda rekord həddə yüksəlib.

Trend-inməlumatına görə, bu barədə "Bloomberg" xəbər yayıb.

Qiymətlərin artmasının səbəbi olaraq, Çin və Hindistan kimi iriidxalçı ölkələrin əvvəlki satınalmaların həcmini sürətlə əvəzetməyə çalışmaları göstərilir. "ICE Futures Europe" birjasında"Brent" və "Dubai" xam neft arasında spred 2015-ci ildən bəri ənböyük göstəriciyə qədər genişlənib. "Dubai" nefti, "Brent"dən 2dollardan çox bahalaşıb, baxmayaraq ki, üç ay əvvəl bu göstərici1,43 dollar idi.

Ənənəvi olaraq, BƏƏ xam nefti "Brent"lə müqayisədə endirimləsatılır, çünki onu benzin və dizel kimi hazır məhsullara çevirməkalıcılardan daha çox xərc tələb edir. Lakin Hindistan və Çindənolan idxalçılar arasında ajiotaj qiymətlərin kəskin artmasına səbəbolub.

Seçilən
28
az.trend.az

1Mənbələr