AZ

Kallas: ABŞ ilə onun öz dilində danışmaq lazımdır

Avropa İttifaqının xarici işlər üzrə ali komissarı Kaya Kallas hesab edir ki, ABŞ ilə "razılaşma dilində" danışmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, Kallas yeni ABŞ adminstrasiyasının "razılaşma dilinə" üstünlük verdiyini düşünür.

Kallas deyib: "Fikrimcə, hamıya aydındır ki, yeni ABŞ adminstrasiyası razılaşma dilində danışır. Bu o deməkdir ki, həmişə və bütün məsələlər üzrə danışıqlar aparmaq olar. Biz də onlarla eyni dildə danışmalıyıq".

Kallasın sözlərinə görə, Trampı dinləmək lazımdır, amma onun bütün dediklərini hərfi mənada qəbul etmək düzgün deyil.

Aİ təmsilçisi onu da əlavə edib ki, ABŞ Avropa üçün əhəmiyyətli tərəfdaşdır və bir çox məsələlərlə bağlı onunla əməkdaşlıq etməyə dəyər.


Müəllif: Teleqraf.com
Seçilən
28
teleqraf.com

1Mənbələr