AZ

İspaniya son 10 ildə hərbi xərclərini 70 % artırıb

İspaniya iqtidarı son 10 ildə müdafiə xərclərini 70 % artırıb.

“Report” İspaniya Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Pedro Sançes Madriddə NATO-nun Baş katibi Mark Rütte ilə görüşdə bildirib.

Krallıq hökumətinin sədri ölkənin hərbi xərclərini 2029-cu ilə qədər ÜDM-in 2 %-nə çatdırmaq öhdəliyini qətiyyətlə ifadə edib.

“Sançes vurğulayıb ki, İspaniya son on ildə müdafiə xərclərini 70 % artıraraq, bu xərcləri ən çox artırmış üçüncü müttəfiq ölkə olub. Ölkəmiz əməliyyatlara müdafiə xərclərinin payına görə birinci yerdədir və müttəfiqlərin orta göstəricisindən təxminən 10 dəfə çox vəsait ayırır. İspaniya Ukraynanı dəstəkləməyə və bu məsələdə NATO-nun birliyinə töhfə verməyə davam edəcək”, – Nazirlər Kabinetinin mətbuat xidməti qeyd edib.

İspaniya Baş naziri həmçinin 2024-cü il ərzində Kiyevə 1 milyard avro dəyərində hərbi yük tədarükünə diqqət çəkib.

Seçilən
17
far.az

1Mənbələr