AZ

TƏCİLİ XƏBƏR! Ölkədə quş qripinə görə karantin tətbiq edildi

Kubanın sahilində quş qripi səbəbilə karantin elan edilib

Kubanın sahilində vəhşi quşların meyitlərində A tipi quş qripi virusunun RNT-si tapıldıqdan sonra karantin tətbiq edilib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Müvafiq sənədi Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev imzalayıb. Qadağalar, Anapa və Novorossiysk rayonlarında, xüsusən Vityazevo kəndi, İlyiç qəsəbəsi, Dinskaya körfəzi və Sudjukskaya kumsalında tətbiq edilib. Mütəxəssislər virusun tapıldığı ərazilərdən 5 kilometr radiusda yayılmasından narahatdırlar.

Karantin tədbirləri, xəstə quşların müalicəsini, quşların idxalı və ixracını, habelə onları ət olaraq istehlak üçün kəsilməsini qadağan edir.

Quş qripi, həzm və nəfəs orqanlarını zədələyən kəskin virus xəstəliyidir. Virus infeksiyalı quşla təmasda keçə bilər. Xəstəliyin əlamətləri arasında yüksək hərarət, baş ağrısı və öskürək var, həmçinin pnevmoniya və qaraciyər və böyrək zədələnməsi kimi fəsadlar baş verə bilər.

Seçilən
17
1
paytaxt.org

2Mənbələr