İstehsalat obyektlərinin, o cümlədən sənaye parklarında və sənaye klasterlərində yerləşən obyektlərin torpaq sahələrinin planlaşdırılmasında obyektlərin genişləndirilməsi üçün zəruri və əsaslandırılmış ehtiyatlar daxil edilməklə yerüstü və yeraltı məkanlarda ərazinin intensiv istifadəsi, işçilərə vahid xidmət şəbəkəsinin təşkili, tikinti işlərinin aparılmasının və istismara tam və ya növbəli verilməsinin həyata keçirilməsinin mümkünlüyü. ərazinin abadlaşdırılması, müvafiq əraziyə və qonşu tikililərə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması, bitişik ərazilərin eroziyadan, bataqlaşmadan, şoranlaşmadan və yeraltı suların və açıq su hövzələrinin müəssisələrin çirklənmiş sularından və tullantılarından mühafizəsi, torpağın üst qatının pozulması işlərinin aparılması zamanı onun üst münbit qatının (əkin və əkin altı qatı) kənara götürülməsi və həmin torpaq kütləsinin torpağın təkrar rekultivasiya olunması və eləcə də ərazidə mövcud olan qeyri-münbit torpaqların əkin qatının yaxşılaşdırılmasında istifadə edilməsi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.