Zədələnmiş qablaşdırmalar, onlardakı məhsulun keyfiyyətinə hər hansı mənfi təsirin olmadığı təsdiq edilənədək istifadə edilməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də əksini tapıb.
İmkan olduğu təqdirdə, bu məlumat keyfiyyətin yoxlanması üzrə cavabdeh şəxsə çatdırılmalıdır. Bütün görülən tədbirlərin qeydiyyatı aparılmalıdır. Bütün mal ehtiyatında mütəmadi olaraq köhnə və yararlıq müddəti bitmiş materialların və əczaçılıq məhsullarının olub-olmaması yoxlanılmalıdır. Yararlıq müddəti bitmiş materiallar və əczaçılıq məhsullarının buraxılmasının qarşısını almaq üçün bütün tədbirlərə riayət edilməlidir.