AZ

Yanğın təhlükəsizliyi haqqında məlumatların informasiya sistemlərinə daxil edilməsi ƏSASLARI

Yanğın təhlükəsizliyi haqqında məlumatların informasiya sistemlərinə daxil edilməsi əsasları və qaydası, habelə vəzifəli şəxslərin və vətəndaşların bu məlumatlarla tanış edilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar, meteorologiya xidmətləri və digər səlahiyyətli dövlət orqanları yanğın təhlükəsizliyi üçün əlverişsiz hadisələr və proqnozlar barəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun müvafiq qurumlarına ləngimədən əvəzsiz qaydada məlumat verməyə borcludurlar.

Seçilən
24
7
heftelik.az

7Mənbələr