AZ

ABŞ-Meksika sərhədində atışma olub

Texas ştatında, ABŞ-Meksika sərhədində yerləşən atışma baş verib...

Poliqon xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bir qrup qeyri-qanuni miqrant sərhəd çayını üzərək keçməyə cəhd edib, lakin atəş açan ABŞ Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dayandırılıb. Miqrantlar sərhədi keçə bilməyiblər və insident zamanı xəsarət alan olmayıb.

Atışma ABŞ və Meksika arasında sərhədi ayıran Rio Qrande çayı üzərində yerləşən Fronton adası yaxınlığında baş verib. Fox News qeyd edir ki, Fronton adası yüksək kriminal fəaliyyətinə görə “Kartel adası” kimi də tanınır. Telekanal qeyd edib ki, sərhədi keçməyə cəhd edən miqrantlar narkotik kartelinin üzvləri ola bilərlər.

Xatırladaq ki, yanvarın 21-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın cənub sərhədindəki böhranla əlaqədar milli fövqəladə vəziyyət elan edib. Yanvarın 23-də Tramp qeyri-qanuni mühacirlərin cənub sərhədindən keçməsini dayandırmaq və onları ölkədən çıxarmaq haqqında sərəncam imzalayıb. ABŞ Müdafiə Nazirliyi Meksika ilə sərhəddə təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün 1500 hərbçinin yerləşdirildiyini açıqlayıb.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr