ABŞ prezidenti Donald Tramp Mayamidən Vaşinqtona qayıdan təyyarədə beş sərəncam imzalayıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Tramp seçki vədlərindən birini yerinə yetirərək, Co Baydenin dövründəki siyasəti geri çevirib və transseksualların orduya getməsinin qarşısını alan sərəncam imzalayıb.
Amerika ordusunda müxtəliflik və inklüzivlik adlı əvvəlki qaydaları da ləğv edən başqa bir icra sərəncamı imzalayan Tramp, bu addımlarla ordunu yenidən formalaşdırdıqlarını ifadə edib.
Belə ki, Tramp ABŞ hökumətinin rəsmi siyasətini “yalnız iki cins var: kişi və qadın” kimi yenidən nəzərdən keçirdikdən sonra orduda da oxşar addım atıb.
Digər tərəfdən, Tramp Amerika sərhədlərini qorumaq üçün “Dəmir Qübbə” raketdən müdafiə qalxanının hazırlanması ilə bağlı sərəncam da imzalayıb.
Tramp həmçinin qeyd edib ki, onlar COVID-19 peyvəndlərinin bərpasından imtina etdikləri üçün tərxis olunan hərbi qulluqçuların vəzifələrinə geri qayıda bilmələrinə imkan verəcək daha bir addım atıblar.