AZ

ARTİ MDM tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərlə onlayn görüş təşkil edilib

“Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərlə ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən yanvarın 22-də onlayn görüş keçirilib. Görüşün məqsədi ümumi təhsil müəssisələrində metodik xidmətin təkmilləşdirilməsi üzrə metodistlərə metodiki dəstəyin göstərilməsi, həmçinin qarşıda duran əsas fəaliyyətlərin müzakirə edilməsi olub.

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və Rayon Təhsil İdarələrinin (RTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər, ARTİ MDM-in idarəetmə heyəti və əməkdaşları iştirak ediblər. Görüş interaktiv formatda təşkil olunub, metodistlərlə müasir metodiki yanaşmalar, innovativ üsullar və aktual problemlərlə bağlı planlaşdırılan fəaliyyətlər müzakirə edilib.

Belə ki, görüş zamanı metodiki işin təşkili istiqamətində ümumi məsələlər də müzakirə olunub. Bu müzakirələr zamanı iştirakçılar ümumi təhsil müəssisələrində metodiki işlə bağlı təşkilati işlərin təkmilləşdirilməsi, metodiki dəstək sahəsində qarşılaşdıqları çətinliklər və onların həlli yolları haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu kimi görüşlərin keçirilməsi ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin müəllimlərə göstərdikləri metodiki dəstəyin effektivliyini artırmaq və təhsil sahəsində yenilikləri təşviq etmək baxımından böyük əhəmiyyət kəsb edir.

Təhsil sahəsində innovasiyaların tətbiqinə və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə yönələn bu kimi tədbirlərin gələcəkdə də mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Seçilən
11
tehsil.biz

1Mənbələr