AZ

Bu kompot "can dərmanı"dır - Yaşlılar da içə bilər

Meyvə qurusu kompotu immun sistemini gücləndirir, eyni zamanda ürəyə və görmə qabiliyyətinə müsbət təsir edir, ona görə də qocalıqda içmək daha faydalıdır.
 
Bu barədə "Moskva 24" telekanalına dietoloq və tibb elmləri doktoru Mariyat Muxina məlumat verib.
 
Onun sözlərinə görə, içkinin tərkibində çoxlu sayda faydalı maddələr var. Xüsusilə, xoşbəxtlik hormonu olan serotonin istehsalı üçün lazım olan B6 vitamini.
 
"Quru meyvələrin tərkibində C vitamini var. Təbii ki, bişərkən o, qismən məhv olur, lakin buna baxmayaraq, müəyyən miqdar qalır. Bu vitamin immun sistemini gücləndirməkdə yaşlı insanlar üçün lazımdır", - deyə ekspert bildirib.
 
Diyetoloq əlavə edib ki, içkinin tərkibində görmə orqanlarının fəaliyyətini qorumaq üçün vacib olan A vitamini də var.
Seçilən
18
1
moderator.az

10Mənbələr